Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir - FOTO

Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir - FOTO
17 2024 09:52

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Bu barədə Oxu.Az-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasının, bu sahədə qarşıya qoyulmuş vəzifələrin uğurla icra edildiyini iştirakçıların diqqətinə çatdırıb. O, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına uyğun olaraq çağırışçıların qoşun növləri üzrə bölgüsünün həyata keçirildiyini, onların təyin olunduqları hərbi hissələrə göndərilməsi prosesinin davam etdiyini bildirib.

Mərkəzi Çağırış Komissiyasının iclasında Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularla keyfiyyətlə komplektləşdirilməsi məqsədilə görülən işlər müzakirə olunub.

İclasda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Komissiyaya aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri daxildirlər.

 


30 Apr 2024
Cəmiyyət

Muxtar Babayev İƏİT nümayəndə heyəti ilə iqlim maliyyəsini müzakirə edib - FOTO

Ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi komanda heyəti ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nümayəndə heyəti arasında görüş keçirilib.

30 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

30 Apr 2024
Cəmiyyət

Hazırda paytaxtda sıxlıq olan yolların SİYAHISI - FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

30 Apr 2024
Cəmiyyət

Laçın rayonuna növbəti köç karvanı yola salınıb - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

30 Apr 2024
Cəmiyyət

ADNA terrorundan 15 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) törədilən terror hadisəsindən 15 il ötür.